Milli Qəhrəmanlarla bağlı TƏKLİF: Pulsuz olsun!

Milli Qəhrəmanlarla bağlı TƏKLİF: Pulsuz olsun!
05 Dek 2016 14:17

Azərbaycanda əlillərin, Qarabağ müharibəsi veteranlarının, Milli Qəhrəmanların, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin maşınlarının pulsuz parklanması təklif edilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bildirib. 

Deputat təklif edib ki, Rusiyada olduğu kimi əlil və müharibə veteranlarına, Milli Qəhrəmanlara maşın parklanması pulsuz olmalıdır.

"Əlillərə, müharibə veteranlarına, Milli Qəhrəmanlara, dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslər üçün maşınların parklanması tam ödənişsiz olmalıdır. Biz Qarabağ müharibəsi iştirakçılarına maşınların parklanmasını pulsuz etməliyik. Vətən uğrunda vuruşaraq əlil olmuş insaların, Milli Qəhramanların Rusiya qanunvericiliyində olduğu kimi maşınlarını pulsuz park etməsi üçün tam şərait yaratmalıyıq", - deyə deputat vurğulayıb.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.