Sosial müavinətlərlə bağlı önəmli addım

Sosial müavinətlərlə bağlı önəmli addım
06 Dek 2016 10:04

Azərbaycanda sosial müavinətlərin artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.
  
Layihədə qeyd olunur ki, sosial müavinətlər unifikasiya ediləcək, onların məbləğinin artırılması üzrə həyata keçirilən tədbirlər davam edəcək. Həmçinin, uşaqlı ailələrə verilən müavinət sistemi təkmilləşdiriləcək. 
 
Ölkədə müasir sosial müdafiə sisteminin qurulması və yoxsulluğun azaldılması məqsədilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydaları təkmilləşdiriləcək, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması üçün onun həddi mütəmadi olaraq artırılacaq.

24 May 2019
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində yeni vəzifə təyinatları

İqtisadiyyat Nazirliyi yanında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Fazil Məmmədov nazirin müşaviri təyin olunub.

21 May 2019
İqtisadiyyat

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 milyon manatlıq məhsul istehsal edilib.

20 May 2019
İqtisadiyyat

Dollar və manatın bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 20 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.