Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır

Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır
07 Dek 2016 10:49

Statistik məlumata əsasən, 2012-ci il mayın 29-dan indiyə qədər Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasına 2990 xəstə qəbul olunub. Onların 1656–sı uşaqlar, 1334-ü isə analardır.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 6-da Mərdəkan qəsəbəsindəki Tibbi Reabilitasiya Xəstəxanasında keçirilən tədbirdə məlumat verilib.

Tədbirdə çıxış edən xəstəxananın baş həkimi Cəvahir Mütəllimova bildirib ki, müalicə alan 1900 nəfərdən 1375-i nevroloji, 229-u terapevtik, 154-ü hərəkət-dayaq sistemindən əziyyət çəkən, 83-ü kardioloji, 40-ı endikrinoloji xəstələr olub. Nevroloji statuslu uşaqlardan 996-sı uşaq serebral iflici xəstəliyi ilə daxil olub.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilmiş Tibbi Reabilitasiya Xəstəxanası geniş profilli, nevroloji, kardioloji, endokrinoloji, hərəkət-dayaq profilli xəstələrin bərpası və müalicəsini həyata keçirən müalicə-profilaktika müəssisəsidir. Uşaqlar xəstəxanaya anaları ilə birgə yerləşdirilir və hər ikisinə yüksək səviyyədə xidmət göstərilir. Burada laboratoriya, EKQ, EXO, USM kabinetləri, MBT və kineziterapiya zalı, manipulyasiya otağı, oyun zalı, psixoloq və həkim otaqları mövcuddur. Yay aylarında isə burada hovuz fəaliyyət göstərir.

Baş həkim vurğulayıb ki, xəstəxanada hər bir xəstə üçün individual müalicə-reabilitasiya proqramı yazılır və hər uşağa fərdi yanaşılır. Valideynlərlə ayrı-ayrılıqda söhbət aparılır və ev şəraitində xəstə uşağa qulluq və psixoloji təsir göstərməklə bağlı tövsiyələr verilir. Xəstəxanaya daxil olan xəstələrin 80 faizi nevroloji statusludur. Burada uşaq serebral iflici, miopatiya, yastıpəncəlik, əyripəncəlik, skalioz, raxit, revmatoid artrit və s. diaqnozlarla qəbul olunan xəstələr müalicə alırlar.


9 Avq 2019
Səhiyyə - Sağlamlıq

YAY AYLARINDA DİAREYA.

Beləliklə, çoxdan gözlənilən yay gəldi - məzuniyyət vaxtı, digər ölkələrə səyahət, təbiətin qoynunda dincəlmək, dəniz və hovuzda çimmək, günün altında qaralmaq... Ancaq belə bir dövrdə, müsbət və unudulmaz təəssüratların xaricində, məzuniyyətinizi poza biləcək bəzi çətinlikləri yadda saxlamaq lazımdır. Onlardan biri diareyadır.

9 Avq 2019
Səhiyyə - Sağlamlıq

Stomatoloqdan diş çöpü XƏBƏRDARLIĞI

Türkiyəli stomatoloq Alper Dilek diş çöplərinin dişlərə vurduğu zərərlərdən danışıb.

6 Avq 2019
Səhiyyə - Sağlamlıq

İSHAL - YARANMA SƏBƏBLƏRİ VƏ MÜALİCƏ YOLLARI.

İshal (diareya) - bağırsağın ən çox yayılmış problemlərindən biridir. 1 yaşdan böyük uşaqlarda və böyüklərdə gün ərzində 3 dəfədən çox sulu və tezləşmiş nəcis ifrazı ishal hesab edilir.

5 Avq 2019
Səhiyyə - Sağlamlıq

 “BAĞIRSAQ QRİPİ” NƏDİR?

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki,bağırsaq qripi, çirkli əllərin xəstəliyi də adlandırılır.

5 Avq 2019
Səhiyyə - Sağlamlıq

Müqəddəs Quranda adı çəkilən meyvə - ƏNCİR

Əncir meyvəsinin tərkibindəki efir yağı qanın qatılaşmasının qarşısını alır. Əgər siz bir ay ərzində gündə bir əncir yesəz, bunun təsirini tez bir zamanda hiss edə bilərsiniz.