Repetitorluqla bağlı YENİLİK - Müəllimlərlə müqavilə imzalana bilər

Repetitorluqla bağlı YENİLİK - Müəllimlərlə müqavilə imzalana bilər
06 Dek 2016 17:03

Yaxın gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələri imzalana bilər.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

Amma bu gün üçün həmin məsələnin konkret məqsəd kimi qarşıya qoyulmadığını deyən M.Vəliyevanın sözlərinə görə, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyətin təşkili üçün müqavilələrin bağlanması barədə qərar verib. Həmin qərara əsasən, BŞTİ hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq, məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir.

M.Vəliyevanın sözlərinə görə, məktəblərdə təşkilinə icazə verilən fəaliyyətlər müxtəlif dərnəklərin təşkilidir ki, onların da arasında idman, yaradıcılıq dərnəkləri üstünlük təşkil edir: "Artıq hüquqi və fiziki şəxslər tərəfindən bu istiqamətlər üzrə fəaliyyətlərin təşkili üçün idarəyə müraciətlər edilib və müqavilələr imzalanıb, fəaliyyətə başlanılıb. Bunun da sayəsində valideynlərin əlavə ödənişləri hesabına məktəblərdə əlavə xidmətlər göstərilir".

M.Vəliyeva deyib ki, əlavə xidmətlərin qiymətləri BŞTİ tərəfindən müəyyənləşdirilir. Bu qiymətlər məktəblər üçün fərqli olur. Qiymət müəyyənləşdirilməsi zamanı məktəbin yerləşdiyi ərazi, onun sahəsi, məktəbin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzərə alınır. Müəllimlərin repetitorluğu məsələsinə gəlincə bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Yaxın gələcəkdə bununla bağlı birgə fəaliyyət müqavilələrin imzalanması yəqin ki müəllimlərə də şamil olunacaq.

Məktəblərin fəaliyyətlərin zidd olmayan fəaliyyətlər arasında müxtəlif dərnəklərin təşkili, bura əsasən idman, yaradıcılıq dərnəkləri üstünlük təşkil edir. Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlər olub. Müqavilələr imzalanıb və fəaliyyətə başlanılıb. Valideynlərin əlavə ödənişləri hesabına valideynlərə əlavə xidmətlər göstərilir. Qiymətlər məktəbin yerləşdiyi ərazi, sahə, məktəbin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzər alınır. Bunlara əsasən qiymətlərdə fərq olur.


26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".

26 Apr 2024
Cəmiyyət

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - FOTO/VİDEO

Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən “Dalğa-2024” birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb.