Millət vəkili Kamaləddin Qafarov bayram öncəsi aztəminatlı ailələrlə görüş keçirdi

Millət vəkili Kamaləddin Qafarov bayram öncəsi aztəminatlı ailələrlə görüş keçirdi
18 2017 08:42

        Bu gün Novruz bayramı münasibəti ilə Bakının Binəqədi rayonunda yaşayan  aztəminatlı   ailələrin – şəhid ailələrinin , Qarabağ müharibəsi veteranlarının, I və II qrup əlillərin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə ölkəmizdə gedən ictimai-siyasi  proseslər,  əhalinin sosial rifahının yüksəldilməsi məqsədi ilə Azərbaycanda  aparılan kompleks işlər  barədə geniş söhbət açılmışdır.

Görüşdə iştirak edən rayon sakinləri -  S.Muxtarova, Ş.Məmmədova, R.Tağıyeva, A.Ələkbərov, T.Məmmədova, K.Səfərova  və başqaları son dövrdə Azərbaycanda, eləcə də Binəqədi rayonunda  reallaşan abadlıq və quruculuq tədbirlərindən razılıq etmiş, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasəti ürəkdən dəstəklədiklərini bildirmişlər.

 Çıxış edənlər Novruz bayramının tarixindən söz açmış, ölkəmizin mədəni həyatında önəmli bir yer tutduğunu vurğulamış, xeyir-bərəkət və ruzi timsalı  olan baharın gəlişi münasibəti ilə soydaşlarımızı təbrik etmişlər.

 Görüşün sonunda 72 ailəyə  milllət vəkili Kamaləddin Qafarovun adından hədiyyələr və bayram sovqatı təqdim edilmişdir. 









26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.