Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII illik forumunda iştirak edir (FOTO)

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin VII illik forumunda iştirak edir (FOTO)
06 Dek 2016 17:46

Dekabrın 6-da Moskvadakı “Crocus City Hall” konqres zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu işə başlayıb.

“RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur” mövzusunda keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edir.

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş bu forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak edirlər. RAGB-nin 62 regional bölməsinin fəalları, Azərbaycan diasporunun və Rusiyanın gənclər təşkilatlarının təmsilçiləri də foruma qatılıblar.

Gənc fəallar və ekspertlər “Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, “Rusiyada ekologiya ili elan edilmiş 2017-ci ilə Azərbaycan gənclərinin töhfəsi”, “Diasporun möhkəmlənməsində RAGB-nin rolu”, “Gənclər biznesdə: startapların yaradılması və inkişafı” mövzularına həsr edilmiş bölmə iclaslarında iştirak edəcəklər.

Forum işini plenar iclasla tamamlayacaq. Bu iclasda bölmələrdə aparılmış müzakirələrə yekun vurulacaq. Gözlənildiyinə görə, bu axşam “Vegas City Hall” konsert salonunda EMİN, Elka, Tünzalə Ağayeva, Xəyyam Nisanov, Emil Qədirov və digər məşhur ifaçıların iştirakı ilə böyük konsert olacaq.



16 Avq 2019
Siyasət

Prezident bu hərbçilərin rütbələrini artırdı - SİYAHI

Prezident bu hərbçilərin rütbələrini artırdı - SİYAHI

15 Avq 2019
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha bir həyət abadlaşdırıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha bir həyət abadlaşdırıldı - FOTO

14 Avq 2019
Siyasət

Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə daha iki ictimai çimərlik yaradıldı - FOTO

13 Avq 2019
Siyasət

Mehriban Əliyevanın təşəbbüsü ilə 70 minə yaxın aztəminatlı ailəyə bayram payı verildi - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə 70 minə yaxın aztəminatlı ailəyə bayram payı verildi - FOTO