Dəm qazından ölməmək üçün ən sadə üsul: MÜTLƏQ SINAQDAN KEÇİRİN

Dəm qazından ölməmək üçün ən sadə üsul: MÜTLƏQ SINAQDAN KEÇİRİN
06 Dek 2016 14:57

Qazın qiymətinin qalxması keyfiyyətə də təsir göstərəcəyinə dair  təəssürat formalaşdırıb. Çoxları belə düşünür ki, bu da dəm qazından ölüm hallarını azalacaq. Başqa sözlə desək, qiymətin qalxması ilə keyfiyyətin də artacağını düşünənlərin sayı artıb. Lakin son günlər dəmq azından ölüm hallarının artması gözləntilərin doğrulmadığı göstərib. 

"Mavi qaz” anlayışının "qırmızı qaz” anlayışı ilə əvəzlənməsi, qazın gözyaşardıcılığı, dəm qazından boğulma hallarının artması mavi yanacağın keyfiyyətsiz olması haqda fikir yürütməyə əsas verir. İki gün öncə 4 nəfərin dəm qazından boğularaq dünyasını dəyişməsi vəziyyətin daha gərgin olduğunu göstərir. 

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov açıqlamasında  qazın keyfiyyətsizliyi haqda yayılan fikirlərin əsassız olduğunu deyib:

"Əhali düşünür ki, qazın qiyməti indiki ilə müqayisədə nisbətən aşağı olduğu üçün boğulma, zəhərlənmə, ölmə halları baş verirdi. Qiymətin qalxması ilə bu problemin də aradan qalxacağını düşünürlər. Xeyr, bunun qiymətə heç bir aidiyyatı yoxdur. Bu cür hallar əsasən insanların məsuliyyətsizliyi nəticəsində baş verir”.

Ekspertin sözlərinə görə, mavi qazın tərkibində olan yanma maddələri zəhərlidir.  Bu maddələrlə işləməyin müəyyən mexanizmi var. Texnologiya, inşaat normaları, təhlükəsizlik qaydalarına riayət olunmaması bu cür arzuolunmaz halların yaranmasına səbəb olur:"Maydan etibarən Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə təhlükəsizliyinin qorunmasına görə məsul hesab  olunur. Lakin bu vaxtadək qurum bir şəxsin qapısını döyüb maairfləndirici tədbirlər görməyib. Sovet dövründə ayda bir dəfə yoxlama keçirilirdi. Bacalar yoxlanılaraq təmzilənirdi. Bu halların qarşısını almaq üçün bütün tüstü bacalar yoxlanılmalı, kompleks tədbirlər keçirilməlidir. Təəssüflər olsun ki, buna fikir verən yoxdur, insan övladının canı ucuzlaşdırılıb”. 

Ekspert dəm qazından qorunmağın bir yolunu da açıqlayıb. Bu təcrübəni siz də həyata keçirsəz dəm qazı təhlüksəinin olub-olmadığını bilcəksiz: "Kağız parçasını yandıraraq tüstü bacasına tərəf tutmaqla da dəm qazının olub-olmama ehtimalını öyrənmək olar. Məşəl tüstü bacasına tərəf gedirsə, deməli, dəm qazı sovrulur. Əksinə, şaquli olaraq hərəkət edirsə, deməli təhlükə var”. 


26 Apr 2024
Cəmiyyət

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.

25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.