Bunu edin - Wi-Fi şifrənizi heç kim sındıra bilməyəcək

Bunu edin - Wi-Fi şifrənizi heç kim sındıra bilməyəcək
06 Dek 2016 12:32

Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq, internetdən pulsuz faydalanmasıdır. Son zamanlar dumper və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin internetdən istifadə edir və sizin bundan xəbəriniz yoxdur! Əlavə əsəb, əlavə ödəniş, sürət azlığı heç kimə lazım deyil. Bu məqsədlə bugün sizə bu problemin aradan qaldırılması yolun izah edəcəyik.

Bu addımları ataraq, internetinizi qoruyun:   1-ci addım: http://192.168.1.1/login_security.html linkinə daxil olursunuz.   2-ci addım: açılan pəncərədə username və password xanalarına (hər iki xanaya)  "admin" yazırsınız.   qeyd: əgər admin username və password-u vasitəsilə daxil ola bilmədinizsə, modeminizi sazlayan şəxslə, yaxud provayderlə əlaqə saxlayıb məlumat əldə edin. (username və password-u öyrənin) 3-cü addım: daha sonra açılan pəncərədə "interface setup" panelinə daxil olun.   4-cü addım: açılan menudan "wireless" bölməsinə daxil oluruq. 5-ci addım: "use wps" seçimində "no" edirik.   6-cı addım: daha sonra aşağıda "Pre-shared key" seçimindən istifadə etməklə wifi-nin parolun dəyişirik.   7-ci addım: və bütün bu məlumatları yadda saxlamaq üçün aşağıda "save" düyməsinə klikleyirik.   Beləliklə, sizin interneti sürətinizi zəiflədən insanlardan azad olursunuz. 

16 Avq 2019
İT

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

16 Avq 2019
İT

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

"Azercell"in rəqəmsal dünyası Cocuq Mərcanlıda - FOTO

9 Avq 2019
İT

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC və "Microsoft" şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının "Microsoft" lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir