Binəqədidə məktəblilərin “Azərbaycan Səninlədir-Sənsiz deyil” VII yaradıcılıq festivalı keçirilib (FOTO)

Binəqədidə məktəblilərin “Azərbaycan Səninlədir-Sənsiz deyil” VII yaradıcılıq festivalı keçirilib (FOTO)
24 2017 13:21

Binəqədi Rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və “İslam həmrəyliyi ili” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VII yaradıcılıq festivalı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Kamaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, İslam ölkələrinin səfirləri və ailə üzvləri, RİH başçısının müavinləri, şöbə müdirləri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə və icra strukturları, təhsil, məktəbəqədər təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllüləri iştirak ediblər.

Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra ansamblın ifasında Dövlət Himni səsləndirildi və festival “Qarabağ” şikəstəsi ilə açıq elan olundu. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. İslam həmrəyliyini özündə ehtiva edən çıxışlar tədbir iştirakçılarında xoş anlar yaratmış və atəşfəşanlıqla yekunlaşıb.

Tədbirin bədii hissəsindən sonra çıxış edənlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mohamed Adil Embarch tədbirdə iştirak edən bütün şagirdləri uğurlu çıxışları münasibətilə təbrik etdilər. Belə bir festivalın onların gələcək həyatında böyük rol oynayacaqlarını diqqətə çatdırdılar.

Sonra Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək müsabiqə iştirakçılarını təbrik etdi, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirdi. Ümummilli lider Heydər Əliyevin və ölkə başçısının istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğısından söhbət açdı. Natiq çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində belə bir festivalın keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirdi ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həm müdrik dövlət başçısı, həm də alovlu bir vətənpərvər kimi milli mədəniyyətə, mənəvi irsə qayğısı, verdiyi dəyər onun əməli fəaliyyətinin hər bir sahəsində özünü göstərir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir.

Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Festival orta ümumtəhsil məktəblərinin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin şagirdləri arasında ədəbi-bədii layihələr üzrə - bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri) - üzrə keçirilmişdir.






25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.