Binanı neftə bulaşdırılmış kəndirlərlə yandırıblar

Binanı neftə bulaşdırılmış kəndirlərlə yandırıblar
06 Dek 2016 09:13

Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yanğının səbəblərinə işıq salan sensasiyalı fakt açıqlandı

Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə  FHN əməliyyat-istintaq idarəsinin rəisi Elçin Əsədovun Rüstəm Usubova məktubu elan edilib.Məktubda bildirilir ki, 2012-ci ilin oktyabr ayında Tibb Universitetinin yeni inşa edilən Cərahiyyə Korpusunda üzlük vurulması zamanı yanğın baş verib və həmin faktla bağlı ilkin araşdırma aparılması nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Vəkil İlhamə Həsənova "yanğın baş verir, amma cinayət işinin başlanılması rədd edilir. Bunları da nəzərə alın" deyib. Hakim isə ittihamdan kənara çıxmaq səlahiyətində olmadığını bildirib.
Sonra Miryusif Mahmudov qısa arayış verib: "Tibb Universitetinin Cərahiyyə Korpusunda baş verən yanğın balaca yanğın deyildi. Üzləmə işi ilə məşğul olan şirkətlərdə, həmçinin bizim şirkətdə güclü yoxlamalar apardılar. FHN bizdən də material nümunələri götürdü. Məlum oldu ki, Cərahiyyə Korpusundakı üzlənmə materialları Çindən gətirilib. Yoxlamalar nəticəsində Çin malının "Q 4" (normal yanan) bizim material isə "Q 2" (çətin yanan) olması müəyyən edildi. Əgər həmin vaxt bizim qəliblədiyimiz materiallar pis olsaydı bizə "dayandırın" əmri verilərdi. Həmin yanğın zamanı xəsarət alan da var idi, dövlətə ciddi ziyan da dəymişdi. Niyə Çin şirkərinin hər hansı bir işçisini, yaxud təsisçilərindən heç kimi bizim istintaq məsuliyyətə cəlb etmədi? Gücümüz çinliyə çatmadı? Və yaxud alkopanla üzlənən hər hansı bir bina yanarsa Yaponiyadan, ya da ki, Çindən alkopan istehsalçısınımı tutub gətirəcəklər?"
Hakim isə buna cavab olaraq hazırda Azadlıq prospektində yanan bina ilə bağlı işə baxdıqlarını, digər işlərə qarışmağa səlahiyyətləri olmadığını deyib:"Biz konkret bu işə baxırıq. Kimin günahı varsa cəzalandırılacaq, günahsız olana bəraət veriləcək".
M.Mahmudov hakimin dediklərinə "İnşallah" deməklə cavab verib.
Daha sonra təqsirləndirilən Qəzənfər Novruzovun (Binəqədi rayon icra hakimiyyəti başçısının keçmiş müavini) Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktubu elan edilib. Məktubda üzləmə aparan şirkətin sertifikatının olub-olmaması ilə araşdırma aparılması MKTB-dən istənilir. Məktub araşdırılıb, sertifakatların mövcud olduğu, onların Q.Novruzova təqdim edildiyi məlum olub. 
Q.Novruzovun vəkili Nüşabə Ağayeva müvəkkilinə verilən ittihamlarla razılaşmadığını bildirib:" Bu adam kiminsə əlindən tutub tikintini saxlaya bilməzdi axı". 
Prosesdə 2013- cü ilin avqust ayında FHN-in Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı məktub da elan edilib. 
Təqsirləndirilən Ədalət Rəcəbovun vəkili Xanlar Bayramzadə isə Binəqədi Rayon İcra Hakimiyyətinin işçisi Hacıbala Əkbərovun ifadəsinin elan olunmasını istəyib. 
İfadədən belə məlum olub ki, Ə.Rəcəbovdan əvvəl üzləmə işləri aparılan ərəfədə memarlıq işlərinə Qüdrət Seyfullayev və Hacıbala Əkbərov rəhbərlik edib. Təqsirləndirilən Uğur Bəşirovun vəkili Vüsal Hüseynov çıxış edərək bildirib ki, Uğur Bəşirov istintaq zamanı 4 dəfə ifadə verib. “Hər dindirmə zamanı israrla bildirib ki, o "Global Stone" MMC -yə direktor təyin olunduğu vaxt, 2013- cü ilin iyun ayının 1-ə qədər həmun binada üzləmə işləri artıq başa çatıb. Ötən prosesdə "Global Construction" direktoru İlqar Vəlyev bildirdi ki, üzləmə işləri başa çatdıqdan sonra fasad işıqlanmasına sərf olunan elektrik enerjisinin sərfiyyatının hesablanması üçün "Azərişıq" tərəfindən sayğac quraşdırılır. Uğur Bəşirovun mübahisələndirdiyi həmin hal bu məktubla bir daha öz təsdiqini tapmış olur".
Vəkil İlhamə Həsənova iş materiallarının 10- cu cildində Nərimanov rayon polis idarəsinin istintaq orqanına məktubunun elan olunmasını xahiş edib. Məktubda qeyd olunub ki, 2015-ci ilin may ayının 16 -da (yanğından 3 gün əvvəl) " Global Construction" şirkətinin təmir etdiyi, Nərimanov rayonunda yerləşən Veternlar Təşkilatının binasına bitişik tikilidə neftə hopdurulmuş kəndirlər sallamaqla qəsdən yanğın törətmək cəhdi baş verib. Yangın söndülüb və binaya keçməsinin qarşısı alınıb. Faktla bağlı cinayət işinin istintaqı aparılır. 
Müdafiə tərəfinin vəsatəti ilə sədrlik edən hakim iş materiallarında olan " Global Stone" MMC-yə “TÜV Avstriya” beynəlxalq şirkəri tərəfindən verilmiş sertifikatı elan edib. Sertifikat "Global Stone" MMC -nin qəliblədiyi üzlük materialının keyfiyyətinə bu şirkət tərəfindən zəmanət verilməsi, həmçinin 2012-2013-cü illərdə üzləmə işləri bu şirkətin müşahidəsi və nəzarəti altında həyata keçirilməsi barədədəir. 
Hakim hadisə baş verən binaya bitişik yanğının başladığı yer kimi ehtimal olunan birmərtəbəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Şakir Cabalovun istintaqa verdiyi 2015-ci ilin iyun ayında vurduğu teleqramı elan edib. Sənəddən görünürür ki, Ş.Cabalov ona məxsus həmin qeyri-yaşayış sahəsinin texnikanın köməyi ilə naməlum şəxslər tərəfindən dağıdıldığından şikayət edir. Məhkəmə prosesi dekabrın 6-da davam edəcək. 
Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.