Ali Məhkəmə MTN-in həbs etdiyi şəxs barədə qərarı ləğv edib - YENİLƏNİB

Ali Məhkəmə MTN-in həbs etdiyi şəxs barədə qərarı ləğv edib - YENİLƏNİB
06 Dek 2016 14:25

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi şəxs haqqında həbs qərarını ləğv edib.

APA-nın xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkədə açıqlama yayıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Mətləb Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilərək, 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayaraq, şikayəti təmin etməyib.

Müdafiə tərəfinin kassasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Vəkilin bildirdiyinə görə, Mustafayev Mətləb Nəriman oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib. O,  2014-cü ilin sentyabrında MTN əməkdaşları tərəfindən saxlanılıb 

Vəkil hesab edir ki, Mustafayev Mətləb Nəriman oğlunun barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək, cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.

Qeyd edək ki, M. Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin əməkdaşı olub. M. Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyevin (təcridxanada intihar edib) Mətləb Mustafayevdən başqalarının əleyhinə ifadə almağa çalışdıqları bildirilir.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.