“Ölkənin iqtisadi qüdrətinin artırılmasına töhfə verən neftçilərin rifahının yüksəldilməsi dövlətin sosial siyasətində mühüm yer tutur”.
Bu barədə iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“SOCAR-ın prezidenti, həmkarım Rövşən Nəcəf və Müşahidə Şurasının üzvləri ilə birlikdə “Neftçi” mənzil-tikinti kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində görülən işlərlə tanış olduq və yeni mənzil sahiblərinə çıxarışları təqdim etdik. Neftçi ailələrinin hər birinin sevincinə şərik olur, onlara bu mənzillərdə firavan həyat və xoş günlər diləyirik”, - deyə nazir qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.