Bakıda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun ilk günü arxada qalıb.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının lideri Zöhrə Ağamirova üç növdə finala vəsiqə qazanıb.
O, halqa, top və lentlərlə çıxışda həlledici mərhələdə çıxış etmək hüququna yiyələnib. Zöhrə topla yarışda 33,000 bal toplayaraq, dördüncü olub. Ağamirova lentlə çıxış zamanı 31,450, halqa ilə isə 32,900 xalla Top-8-də yer alıb.
Bu nəticələrdən sonra yığmamızın lideri çoxnövçülükdə də finalda yarışacaq. Zöhrə dörd alətlə çıxışın cəmində 127,100 bal toplayıb. Millimizin daha bir üzvü Kamilla Seyidzadə (119,450) də həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün Avropa kubokunda ilk medalçılar bəlli olacaq.
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.
“Finaldan gözləntilərim ancaq qələbədir”.
Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.