Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib

Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib
03 May 2024 15:32

“Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə mina ilə çirkləndirilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə minalarla çirkəndirilib:

“Antiterror əməliyyatlarından sonra Xocalı və Xankəndi ərazilərində çoxsaylı tələ mina aşkarlanıb. Azərbaycan işğaldan azad edilən ərazilərində demək olar, hər addımda mina təhlükəsi mövcuddur. Çay kənarları, qəbiristanlıqlar, müxtəlif təyinatlı binalar, xarabalıqlar - hər yer minalarla çirkləndirilib. Minaların təmizlənməsi üçün müxtəlif üsullardan istifadə edilir. Siçanlar, itlər vasitəsilə və mexaniki minatəmizləmə qurğularının köməyi ilə torpaqlarımız minalardan təmizlənir. Əllə təmizləmə prosesində isə kişilərlə yanaşı qadın minatəmizləyənlər də iştirak edirlər”.


17 May 2024
Cəmiyyət

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib.

17 May 2024
Cəmiyyət

Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.

17 May 2024
Cəmiyyət

Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO

Azərbaycana dövlət səfəri çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mayın 17-də ölkənin qurulmaqda olan ərazilərinə səfər edib.

17 May 2024
Cəmiyyət

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.

17 May 2024
Cəmiyyət

Cavanşir körpüsü sökülür - RƏSMİ - FOTO

20 may saat 17:00-dan etibarən Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.