Pakistanda avtobus qəzası - Ölənlər var

Pakistanda avtobus qəzası - Ölənlər var
03 May 2024 11:26

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Diamir rayonunda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, 22 nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən istinadən xəbər verir ki, hadisə yerinə gələn polis və xilasetmə qrupları xəsarət alanlar arasında uşaqların da olduğunu bildirib.

Bəzi sərnişinlər hələ də avtobusda qapalı qaldığı üçün ölənlərin sayının arta biləcəyi ehtimal edilir.

 

Polisin ilkin araşdırmasına görə, qəza sürücünün sürət həddini aşması səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


17 May 2024
Dünya

Slovakiyanın Baş naziri yenidən əməliyyat olunub

Slovakiyanın Baş naziri Robert Fitso mayın 17-də əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.

17 May 2024
Dünya

Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO

Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.  

17 May 2024
Dünya

Hindistanda azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib - FOTO

Hindistanın şərqindəki Qərbi Benqal ştatında ildırımın vurması nəticəsində azı 12 nəfər həyatını itirib.

17 May 2024
Dünya

Danimarka Ukraynaya hərbi yardım göndərəcək

“Danimarka Ukraynaya 750 milyon avro dəyərində yeni hərbi yardım göndərəcək”.