Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə qlobal səviyyədə çox aktual mövzuların müzakirəsi və qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulandı.
Bu tədbirdə bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi Foruma dünya səviyyəsində marağın göstəricisi kimi qiymətləndirildi.
Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd olundu.
Söhbət zamanı COP29-un Azərbaycanda keçirilməsi və bununla bağlı ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyi vurğulandı.
“Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir. 70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmuş Belarus və Azərbaycan müstəqillik əldə etdikdən sonra öz aralarında diplomatik əlaqələri 1993-cü ildə qurmuşlar. Cənab Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.”
Mayın 17-də Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək məqsədilə Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
Nazirlər Kabinetində (NK) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin dörd ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib.