Rusiyanın Moskva vilayəti yaxınlığındakı Ramenskoye şəhərində polietilen anbarı yanır.
Güclü yanğın 2000 kvadratmetrdən çox sahəni əhatə edib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, binadan 30 nəfər təxliyə edilib. Yanğın sənaye binasına və açıq ərazinin bir hissəsinə keçib.
“Anbarın içərisində plastik borular var”, - deyə nazirlikdən bildirilib.
Slovakiyanın Baş naziri Robert Fitso mayın 17-də əməliyyat olunub, lakin onun vəziyyəti ağır olaraq qalır.
Nikaraquanın paytaxtı Manaquanın cənub-şərqindəki Ometepe adasında yerləşən Konsepsyon vulkanı püskürüb və təxminən 2 km hündürlüyündə kül sütunu havaya qalxıb.
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.