Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar

Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar
24 Apr 2024 13:38

Astronomlar aprelin 23-nə keçən gecə olduqca nadir günəş püskürməsini qeydə alıblar.

Qeyd olunub ki, ulduzda eyni vaxtda dörd yerdə partlayış baş verib. Yaxın günlərdə Yer kürəsində güclü maqnit qasırğası başlaya bilər.

Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) Günəş Dinamikası Rəsədxanasının məlumatlarına görə,  partlayış Günəş səthinin Yerə baxan hissəsində baş verib.

Alimlərin fikrincə, ləkələr maqnit sahəsi xətləri ilə birləşdiyi üçün bu tip hadisə simpatik püskürmə adlanır. Onlardan biri püskürəndə digərlərində püskürmə baş verir.

Demək olar ki, bütün qeydə alınmış hallarda simpatik püskürmələr eyni vaxtda iki partlayışla məhdudlaşır, onların gücü zəif partayışdan maksimum X sinfinə qədər dəyişə bilər.

Bu halda söhbət supersimpatik püskürmədən gedir. Astronomlar hələ partlayışın ümumi gücünü təyin etməyiblər, lakin günəş plazmasının və radiasiyanın bir hissəsinin bir neçə gündən sonra Yerə çatması ehtimalı var.


4 May 2024
Siyasət

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - YENİLƏNİB + FOTO

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.

4 May 2024
Siyasət

Sərhədçilərimiz 3751 metr hündürlükdə - FOTO/VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.