Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO

Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO
24 Apr 2024 10:54

Smolenskdə (Rusiya) neft emalı zavoduna PUA hücumu olub.

Bu barədə vilayətin qubernatoru Vasili Anoxin xəbər verib.

Məlumata görə, ilk partlayış yerli vaxtla saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən 20 km aralıda) olub. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyekti alovlara bürünüb. Saat 4 radələrində daha bir neçə partlayış olub.

“Fövqəladə Hallar Nazirliyi hadisə yerindədir. Sakit olmağınız və təlaşa düşməməyiniz xahiş olunur”, - deyə qubernator müraciətində bildirib.

Xatırladaq ki, təxminən bir ay əvvəl Samara vilayəti, Novokuybışevsk şəhərindəki neft emalı zavoduna dron hücumu olmuşdu.


4 May 2024
Dünya

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

Tümen vilayətinin 47 yaşayış məntəqəsində 380-dən çox yaşayış binası, həmçinin 523 bağ evi, 3225 şəxsi torpaq sahəsi və 34 yol sahəsi su altında qalıb.

4 May 2024
Dünya

Qəzzada itkin düşənlərin yeni sayı açıqlandı

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında itkin düşənlərin yeni sayı açıqlanıb.

4 May 2024
Dünya

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb - VİDEO

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.

4 May 2024
Dünya

Qəzzada ölən tibb işçilərinin sayı açıqlandı

Oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həyatını itirən tibb işçilərinin sayı açıqlanıb.