“Hesab edirəm ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda söyləyib.
“Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
“Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir”.
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.