Prezident: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri artıq bilirik”

Prezident: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri artıq bilirik”
23 Apr 2024 16:32

“Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlarda reallığa çevrilə bilər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Gürcüstan nümayəndəsinin sualına cavabında söyləyib.

Dövlətimizin başçısı diqqətə çatdırıb: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik. Siz elektrik enerji sahəsini və üç ölkənin potensialını qeyd etdiniz. Bəli, bu düzdür. Biz bura Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı da əlavə etsək, görəcəyik ki, bunun faydası ikitərəflidir”.


4 May 2024
Siyasət

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Cocuq Mərcanlı kəndinə səfər ediblər - YENİLƏNİB + FOTO

Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.

4 May 2024
Siyasət

Sərhədçilərimiz 3751 metr hündürlükdə - FOTO/VİDEO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

4 May 2024
Siyasət

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar

Beynəlxalq səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.