“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
“Bizim xarici borcumuz çox aşağıdır, hətta hazırda ümumi daxili məhsulumuzun 8 faizindən də azdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir.
Beynəlxalq səyyahlar Xudafərin körpüsündən sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycanın memarı və qurucusu, Milli Sərhəd Strategiyasının banisi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramı olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.