Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
22 Apr 2024 09:45

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

“Report” xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bakı şəhərindən 24 ailə (115 nəfər), Sumqayıt şəhərindən - 5 ailə (22 nəfər), Füzuli rayonundan 4 ailə (10 nəfər), Beyləqan rayonundan 3 ailə (12 nəfər), Abşeron rayonundan 2 ailə (7 nəfər), Şamaxı rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 39 ailə 172 nəfər Füzuli şəhərinə köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 705 ailənin, yəni 2 689 nəfərin daimi məskunlaşması təmin edilib.


17 May 2024
İdman

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

17 May 2024
İdman

İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.

17 May 2024
İdman

“Yeni dalğa 2024”ün finalına seçilən Azərbaycan təmsilçisi Vətənə qayıdıb - FOTO

Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

16 May 2024
İdman

Avropa Çempionatında iştirak edəcək millimizin heyəti bəlli oldu

Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.