“Şuşada iyun ayının sonuna qədər “ASAN xidmət” mərkəzi açılacaq”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, Xankəndi sakinləri Şuşada “ASAN xidmət” mərkəzindən yararlana biləcəklər:
“İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə dörd “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək. Bunlar Ağdam, Cəbrayıl, Laçın və Şuşada olacaq”.
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Şahin Vaqif oğlu Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.