Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə dövlət qurumlarının rəsmiləri onun xatirəsini məzarı başında anıblar.
Oxu.Az xəbər verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Şahmar Mövsümov, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Təhlükəsizlik Şurasının katibinin müavini Mədət Quliyev, Milli Məclisin deputatları Fəxri xiyabanı ziyarət edənlər sırasındadırlar.
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Şahin Vaqif oğlu Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.