“Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq”.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu, həm də işğaldan azad olunmuş ərazilərə aiddir:
“Qarabağ zəfəri tarixi qələbə oldu. Fürsətdən istifadə edib bir daha şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.
C.Yılmaz, həmçinin xatırladıb ki, Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycan ilk dəstək göstərən ölkələrdən olub.
Öz növbəsində Baş nazir Əli Əsədov Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edib.
O bildirib ki, Azərbaycan da həmişə Türkiyənin yanındadır: “Biz həm də 44 günlük müharibənin nəticələrini müzakirə etdik”.
Ə.Əsədov əlavə edib ki, hər iki ölkə strateji tərəfdaşlığın bundan sonra da davam etməsində maraqlıdır.
Prezident İlham Əliyev Şahin Vaqif oğlu Bayramovun Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bakıda təşkil edilən Azərbaycan-Tacikistan biznes forumunda ölkələrimizin biznes və investisiya mühiti barədə məlumat verilib, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub.