Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə təşəkkür edib
26 Apr 2024 16:05

“Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir”.

“Report” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

“Biz birgə iqlim siyasətinə dair məsələləri müzakirə edə bilərik. 2035-ci ilə qədər yeni iqlim hədəfləri formalaşdıra bilərik. İqlim maliyyələşməsinə biz büdcədən 6 milyard avro ayırmışıq, ümumilikdə 10 milyard avro səfərbər etmişik. Özəl sektoru da biz iqlim mövzusuna səfərbər etməliyik. COP29-da bu istiqamətdə müəyyən razılaşmalar əldə edəcəyimizə əminəm”, - o qeyd edib.

O.Şolts Prezident İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsi üçün təşəkkür edib.

“Mən əminəm ki, biz əməkdaşlığımızı daha da dərinləşdirəcəyik”, - kansler deyib.


13 May 2024
Siyasət

İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edib.

13 May 2024
Siyasət

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

13 May 2024
Siyasət

Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilib. 

13 May 2024
Siyasət

Prezident İlham Əliyev qəbul keçirib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edib.

13 May 2024
Siyasət

Azərbaycanda plastik məmulatların istehsalına güzəştli kredit ayrılıb - FOTO

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu plastik məmulatların istehsalı layihəsinə 120 min manat güzəştli kredit ayırıb.