“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib - FOTO
26 Apr 2024 12:01

“Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda konfransın iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. 

Məlum olduğu kimi 22 il bundan əvvəl - 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq doqquz ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.  

“Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı aprelin 25-də “Gülüstan” sarayında İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda Konfrans keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.

Konfrans öz işinə Azərbaycanın dövlət himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarına video müraciət ünvanlayıb, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib. 

Tədbirdə sahibkarlığın inkişafına və ASK-nın 25 illiyinə dair filmlər nümayiş olunub, dövlət-özəl dialoqunun inkişafına verdiyi töhfəyə görə bir qrup sahibkar mükafatlandırılıb. 

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb. 

 


14 May 2024
Siyasət

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - FOTO

Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

14 May 2024
Siyasət

İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

14 May 2024
Siyasət

Sahibə Qafarova Sinqapura getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-də Sinqapur Respublikasına rəsmi səfərə gedib.