Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO
25 Apr 2024 12:04

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

Oxu.Az xatırladır ki, aktrisa Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.

1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.

1979-1993-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.

Kino haqqında “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarının müəllifidir.

1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalı verilişinin aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olub.

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.

Həmidə Ömərova “Şəfiqə” (“Qızıl uçurum” filmində), “Zümrüd” (“Yol əhvalatı”), “Zeynəb” (“Babamızın babasının babası”), “Telli” (“Qorxma, mən səninləyəm”), “Afaq” (“Nizami”), “Nazlı” (“Şirbalanın məhəbbəti”), “Zivər” (“Doğma sahillər”) və s. obrazlar yaradıb.

1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Peşəkar aktrisa indi televiziya seriallarında çəkilir.


10 May 2024
Cəmiyyət

Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.

10 May 2024
Cəmiyyət

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

10 May 2024
Cəmiyyət

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.

10 May 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % artaraq 85,23 ABŞ dolları təşkil edib.