Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
25 Apr 2024 10:13

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib.

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma Zavodunda işləyib.

Vətənimizin dar günündə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Albert tank komandiri təyin edilib və Şuşa cəbhəsinə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.

8 may 1992-ci ildə Şuşada səhər tezdən erməni quldurların tankları görünüb. Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edib, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşi ilə daha bir düşmən tankını məhv edib. Sevincdən məhv etdiyi tanklara baxmaq istəyən Albert, snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub.

Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. Hətta o dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

Subay olub.

Albert Aqarunoviç Aqarunov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.

Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi vurulub, təhsil aldığı məktəbin önündə büstü qoyulub.

Eyni zamanda, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.


10 May 2024
Cəmiyyət

Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.

10 May 2024
Cəmiyyət

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

10 May 2024
Cəmiyyət

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.

10 May 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % artaraq 85,23 ABŞ dolları təşkil edib.