Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək
24 Apr 2024 10:33

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

Bu barədə Qırğızıstan Prezident Administrasiyasından məlumat verilib.

Aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyevlə arasında ikitərəfli danışıqların aparılması nəzərdə tutulub. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığa dair cari məsələlər, gələcək inkişaf perspektivləri və səmərəli qarşılıqlı fəaliyyət müzakirə olunacaq.

Bundan əlavə, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də planlaşdırılır. Yekun olaraq prezidentlərin Birgə Bəyannaməsi və ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sazişlər imzalanacaq.


10 May 2024
Cəmiyyət

Azərbaycanlı tələbələrin hazırladığı PUA-nın ilk uçuşu olub - FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasının tələbələrinin birgə hazırladığı müdafiə təyinatlı pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu həyata keçirilib.

10 May 2024
Cəmiyyət

Oğuzda əl qumbaraları və sursat aşkarlanıb

Oğuz rayonunda əl qumbaraları və sursat aşkarlanıb.

10 May 2024
Cəmiyyət

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.

10 May 2024
Cəmiyyət

Azərbaycan nefti cüzi bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları, yaxud 0,02 % artaraq 85,23 ABŞ dolları təşkil edib.