Azərbaycanın üç boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın üç boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
22 Apr 2024 09:33

Serbiyanın paytaxtı Belqradda davam edən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin üç üzvü növbəti mərhələyə adlayıb.

Oxu.Az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yarışın 4-cü günündə Nəbi İsgəndərov (67 kq) 1/8 final çərçivəsində fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.

Malik Həsənov (63,5 kq) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşəcək.

Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.


10 May 2024
İdman

Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı - FOTO

Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin mükafatlandırma mərasimində 384 iştirakçının hər birinə və 32 məşqçiyə “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.