Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO
15 Apr 2024 09:32

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

13-14 aprel tarixlərindəkeçirilən  cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi  başa çatıb.

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışa Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılıb.

Turnirin hər iki günündə iştirakçılar yüksək performans nümayiş etdiriblər.

Yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olub.

Qalib idmançılar medallar və pul mükafatı ilə təltif edilib. Birincilik qazanmış 20 cüdoçuya BAX tərəfindən, əlavə olaraq, İsmayıllı Velosiped Zavodunun istehsalı -  müasir, yüksək keyfiyyətli velosipedlər hədiyyə edilib. Belə ki, yarışda seçilmiş idmançılar yerli velosiped brendinin ən gözəl nümunələrini qazanmaqla, həm də Bakı kəndlərində sağlam həyat tərzinin təbliğatçılarına çevriləcəklər. 

Bakı Abadlıq Xidmətindən bildirilib ki, birinciliyin keçirilməsində məqsəd Bakı kəndlərində cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, yeniyetmələrin sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən olunmasından ibarətdir.

Qeyd edək ki, Bakı Abadlıq Xidməti Bakı kəndlərində yeniyetmələrin idmana cəlb edilməsi məqsədilə mütəmadi yarışlar təşkil edir.

Belə yarışlardan biri də BAX-ın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi Bakı kənd və qəsəbələrinin uşaqları arasında minifutbol turniridir.

Hazırda davam edən turnirdə 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır. Böyük marağa səbəb olan turnirin final oyunu 9 mayda keçiriləcək.

 


10 May 2024
İdman

Böyük futbol bayramından hamı hədiyyə ilə qayıtdı - FOTO

Bakı kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin mükafatlandırma mərasimində 384 iştirakçının hər birinə və 32 məşqçiyə “İSMA bikes Azərbaycan” şirkəti tərəfindən velosipedlər təqdim edilib.

8 May 2024
İdman

Azərbaycan və Türkiyə milliləri üz-üzə gəliblər - VİDEO

Builki Avropa Amputant Futbol Çempionatına hazırlıqlarını davam etdirən seçmə komandalar yoldaşlıq görüşü keçiriblər.

8 May 2024
İdman

Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək

Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. Seçmə komanda Almatı Olimpiya Hazırlıq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

8 May 2024
İdman

Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.