Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.
Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlif səviyyələrdə,
o cümlədən ikitərəfli, regional, kontinental və qlobal çağırışlarla bağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağa imkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. Cənubi Afrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəm əlaqələri, Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyi daha da inkişaf etdirmək niyyətindədir.
Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. Mən Cənub-Cənub əməkdaşlığını və ümumi inkişafın, qlobal bərabərliyin, sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.
Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inamımı ifadə edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçilmişdir. Əlbəttə ki, bu qərar ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsi, dövlətimizin malik olduğu güclü diplomatiyanın göstəricisi və ölkəmizin etibarlı tərəfdaş nüfuzunun daha bir təsdiqidir. Bununla yanaşı etiraf etmək lazımdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi də dünya ölkələri tərəfindən belə bir məsuliyyətli qərarın qəbul olmasını şərtləndirən önəmli məqam kimi çıxış etmişdir.”
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.
“Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir”.