Serbiyanı qarşıda çətin günlər gözləyir - Aleksandar Vuçiç

Serbiyanı qarşıda çətin günlər gözləyir - Aleksandar Vuçiç
27 Mar 2024 16:10

Yaxın gələcəkdə Serbiya həyati əhəmiyyətə malik milli maraqlarını təhdid edən çətin çağırışlarla üzləşəcək.

Trend xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu barədə özünün sosial media hesabında yazıb.

“Serbiyanı çətin günlər gözləyir. Son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək mənim üçün çətindir... Bunlar Serbiyanın həyati vacib milli maraqlarını birbaşa təhdid edir. Yaxın günlərdə mən serb xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Bu, həmişə olduğu kimi, çətin olacaq. Biz mübarizə aparacağıq, Serbiya qalib gələcək”, - deyə Vuçiç bildirib.

 

Bundan öncə NATO-nun Yuqoslaviya hərbi müdaxiləsinin ildönümündə çıxış edən Serbiyanın dövlət başçısı ölkəsinin artıq azad olduğunu və alyansın 1999-cu ildəki hərəkətlərinə baxmayaraq, yaşamağa davam etdiyini vurğulamışdı.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.