“Crocus” terrorunda ölənlərin sayı artdı: Yaralıların SON DURUMU

“Crocus” terrorunda ölənlərin sayı artdı: Yaralıların SON DURUMU
27 Mar 2024 15:49

“Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Bununla da terror aktında həlak olanların sayı 140-a yüksəlib”.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

Nazir həmçinin yaralılar barədə məlumat verib, onlardan biri uşaq olmaqla 76 nəfərinin xəstəxanalardan evə buraxıldığını deyib. Qurum rəhbərinin sözlərinə görə, hazırda tibb müəssisələrində 80 nəfər müalicə alır.

Qeyd edək ki, bundan əvvəl yaralananların sayının 360 nəfərə yüksəldiyi bildirilmişdi. Onların arasında 11 uşaq var. Yaralılardan üçü uşaq olmaqla 19 nəfərin vəziyyəti ağır, 34-nün vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.


26 Apr 2024
Dünya

Almaniya Kansleri Azərbaycan Prezidentini qarşılayıb

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Kanslerin Aparatına gəlib.

26 Apr 2024
Dünya

Yaponiyanın Baş naziri Fransa, Paraqvay və Braziliyaya səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kişida mayın 1-dən 6-dək Fransa, Paraqvay və Braziliyaya səfər edəcək.

26 Apr 2024
Dünya

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub - VİDEO

Hindistanın şimal-şərq hissəsində yerləşən Arunaçal Pradeş ştatında torpaq sürüşməsi ciddi fəsadlara səbəb olub.

26 Apr 2024
Dünya

Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı - FOTO

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.