Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.
Bu barədə Moskva Planetariyasının mətbuat xidmətindən məlumat verilib.
“Ulduz yağışını gecə yarısından sonra daha yaxşı müşahidə etmək olar. Kvadrantid gecənin ikinci yarısında kifayət qədər hündürlüyə yüksəlir. Meteor yağışını görmək üçün səmanın şimal-şərq üfüqünə baxmaq lazımdır. Lakin bu il bu hadisəni müşahidə etmək üçün əlverişsiz şərait olacaq, çünki bu zaman Ayın bədrlənməsi başlayacaq”, - deyə planetariyadan məlumat verilib.
Qeyd edilib ki, bədrlənmiş Ay səmanı işıqlandıracağı üçün uçan meteorları ayırd etmək çətinləşəcək.
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.
Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.
Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.