Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.
Bu barədə “Realpress.az” a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 20-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Qeydiyyatdan keçmış 17 min 87 bakalavrdan 294 nəfəri imtahana gəlməyib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".
Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.
“Şuşa İli” çərçivəsində Təhsil Nazirliyi bir çox tədbirlər keçirilməsini nəzərdə tutur. Müxtəlif müsabiqələr, uşaq festivalları təşkil olunacaq. İl çərçivəsində Şuşa ilə qardaşlaşmış şəhərlərin və məktəblərin sayı artırılacaq. Xarici tələbələrin, xüsusilə türkiyə tələbələrinin Şuşa şəhərinə səfərləri planlaşdırılır.