Abşeron rayonunda itkin düşən iki qadın axtarılır.
"Realpress.az" xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, Əsədova Jalə Elşən qızı ötən il iyun ayının 21-i, doğum günü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
J.Əsədovanın əlamətləri belədir: boyu 165 sm, arıq bədən quruluşludur.
Polis tərəfindən axtarışa verilən digər şəxs isə Ağayeva Elvira Mərdan qızıdır. O, Yeni il gecəsi evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb. Onun boyu 165 sm, kök bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri xahiş olunur.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.
Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.