İran prezidentinin ölümü ilə əlaqədar daha bir neçə ölkədə matəm elan olunub
İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar daha bir neçə ölkədə milli matəm elan edilib.
"İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ölümündən sonra ölkəni idarə etmək üçün altı xüsusi hökumət komitəsinin yaradıldığını elan edib".
"İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir".