Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb - FOTO

Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb - FOTO
02 Avq 2021 11:49


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin yola düşən növbəti qrupu qardaş Türkiyə Respublikasına çatıb.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, quru yolla qardaş ölkəyə gedən FHN əməkdaşları hazırda Türkiyə ərazinə daxil olub.

Burada FHN əməkdaşlarını rəsmi şəxslərlə yanaşı, yerli sakinlər də qarşılayıb. Hazırda FHN əməkdaşları yanğınların baş verdiyi Marmares ərazisinə istiqamət götürüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyə Respublikasına yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.


25 Sent 2021
Siyasət

İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - CANLI EFİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. 

24 Sent 2021
Siyasət

İlham Əliyev BMT-nin qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edir

“Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, həyata keçirilən düzgün strategiya nəticəsində istədiyinə nail olub. Ona görədir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə hesab olunur”.

24 Sent 2021
Siyasət

BMT Baş Assambleyasının sessiyasında İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya mühüm mesajlar verdi

“BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib ölkənin Lideri kimi dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi. Hər şeydən əvvəl, hazırda dünyada ən aktual problem olan COVID-19 pandemiyası ilə bağlı problemlərə toxunun Prezident bu sahədə Azərbaycanın həm ölkəmizdə, həm də Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində peyvəndin əldə edilməsində çətinlik çəkən kasıb ölkələrdə gördüyü işlərdən danışdı”.

24 Sent 2021
Siyasət

İlham Əliyev: “Ermənilərin verdiyi mina xəritələrinin dəqiqliyi təqribən 25 faizdir”

“Daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir”. 

24 Sent 2021
Siyasət

Mehriban Əliyeva Bakıda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.