Ərdoğan: “Türkiyə - Gürcüstan - Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır”

Ərdoğan: “Türkiyə - Gürcüstan - Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır”
02 Avq 2021 11:48


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

25 Sent 2021
Siyasət

İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - CANLI EFİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. 

24 Sent 2021
Siyasət

İlham Əliyev BMT-nin qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edir

“Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, pandemiya ilə mübarizədə ilk günlərdən qabaqlayıcı tədbirlər görüb, həyata keçirilən düzgün strategiya nəticəsində istədiyinə nail olub. Ona görədir ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə nümunəvi ölkə hesab olunur”.

24 Sent 2021
Siyasət

BMT Baş Assambleyasının sessiyasında İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya mühüm mesajlar verdi

“BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qalib ölkənin Lideri kimi dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi. Hər şeydən əvvəl, hazırda dünyada ən aktual problem olan COVID-19 pandemiyası ilə bağlı problemlərə toxunun Prezident bu sahədə Azərbaycanın həm ölkəmizdə, həm də Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində peyvəndin əldə edilməsində çətinlik çəkən kasıb ölkələrdə gördüyü işlərdən danışdı”.

24 Sent 2021
Siyasət

İlham Əliyev: “Ermənilərin verdiyi mina xəritələrinin dəqiqliyi təqribən 25 faizdir”

“Daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir”. 

24 Sent 2021
Siyasət

Mehriban Əliyeva Bakıda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.