Azərbaycandan Rusiyaya kartof ixracına qadağa qoyula bilər

Azərbaycandan Rusiyaya kartof ixracına qadağa qoyula bilər
29 İyul 2021 11:43


Azərbaycandan Rusiyaya kartof ixracına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər.

realpress.az xəbər verir ki, Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu barədə məlumat verib. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” arasında video-konfrans baş tutub. Görüş zamanı Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdə iki kartof partiyasında qəhvəyi bakterial kartof çürüklərinin müəyyənləşdirilməsi barədə məlumat verillib.

Xidmət azərbaycanlı həmkarlarından bu halın səbəblərini öyrənmək üçün araşdırma aparmağı, eləcə də, Rusiya Federasiyası ərazisinə göndərilən tərəvəzlərə nəzarəti gücləndirmələrini xahiş edib.

Qeyd edilib ki, Avrasiya İqtisadi İttifaqının tələblərinə uyğun olaraq, Rusiya ərazisinə kartof tədarükü yalnız göstərilən patogendən azad zonalardan, yerlərdən, istehsal sahələrindən mümkündür, buna görə qəhvəyi bakteriya çürüməsinin aşkar edildiyi istehsal sahələrindən məhsul tədarükü qəbuledilməzdir.

Rusiya tərəfi xəbərdarlıq edib ki, sonradan Rusiyaya göndərilən məhsul partiyalarında müvafiq hal aşkar edilərsə, Azərbaycandan Rusiyaya kartof ixracına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər.

Həmçinin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsini müzakirə ediblər.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.