İlham Əliyev: “Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb”

İlham Əliyev: “Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb”
21 İyul 2021 12:27


İlin birinci yarısında Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk.

“RİA Novosti” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə söyləyib.

“Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə”, - deyə Prezident İlham Əliyev bildirib.

Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib:

“Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq”.

24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.