Prezident: “Bölgədəki bütün kommunikasiyalar eyni zamanda açıq olmalıdır” - VİDEO

Prezident: “Bölgədəki bütün kommunikasiyalar eyni zamanda açıq olmalıdır” - VİDEO
19 İyul 2021 12:08


Bölgədəki bütün kommunikasiyaların açılması münaqişədən sonrakı həll mərhələsində çox vacib bir məqamdır və bu 10 noyabrdakı bəyanatda vurğulanır.

realpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı Azərbaycanın nəqliyyat şəbəkəsinin artıq şaxələndirdiyini vurğulayıb:

“Avrasiyada ən vacib logistika nəqliyyat mərkəzlərindən birini yarada bildik”.

Həmçinin, hazırda Azərbaycan azad edilmiş ərazilərin infrastrukturunu aktiv şəkildə bərpa edir.

“Üç beynəlxalq hava limanı yaradılacaq: Füzulidə hava limanı ilin sonuna, ikincisi gələn il Zəngilanda, üçüncüsü isə Laçında işə salınacaq. 2023-cü ildə hazır olacaq. Beləliklə, hava limanlarının sayı Azərbaycanda 9-a çatdırılacaq”.

“Bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir. Bu, Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmağa imkan verəcək, Azərbaycan üçün bu, Naxçıvan Muxtar Respublikasına əlavə marşrut verəcək. Bölgədə 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma seçici olmamalıdır. Mən dediyim kimi, bütün kommunikasiyalar eyni zamanda açıq olmalıdır və bu baxımdan heç bir problem olmamalıdır. Bundan sonra bölgədəki sabitlik və təhlükəsizlik onsuz da bir gerçəkliyə çevriləcək və bu, tam olaraq istədiyimiz məsələdir”, - prezident deyib.

18 Apr 2024
Siyasət

Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

18 Apr 2024
Siyasət

17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək

17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.

18 Apr 2024
Siyasət

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq - FOTO

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi ilə “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2024-cü il 7 mart tarixli Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə bağlı iclas keçirilib.

18 Apr 2024
Siyasət

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO

Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.

17 Apr 2024
Siyasət

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.