UEFA növbəti illərdə Avrokubokların final qarşılaşmalarının keçiriləcəyi şəhərlərin siyahısını açıqlayıb.
Bu barədə qurumun sosial şəbəkə səhifəsində paylaşım edilib.
Çempionlar Liqasının növbəti dörd il ərzindəki final görüşləri, müvafiq olaraq, Sankt-Peterburq, İstanbul, London və Münhendə, Avroliqanın həlledici qarşılaşmaları isə Sevilya, Budapeşt, Dublin və Bilbaoda təşkil olunacaq.
Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.
Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.
Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.