“Neftçi” Bakıda da “Dinamo”ya qalib gəldi - YENİLƏNİB + FOTO/VİDEO

“Neftçi” Bakıda da “Dinamo”ya qalib gəldi - YENİLƏNİB + FOTO/VİDEO
15 İyul 2021 09:47


“Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, qələbə qazanan “Neftçi” Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos” klubu olacaq.

İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Qeyd edək ki, bu, “Neftçi”nin Çempionlar Liqasında yubiley - 20-ci matçı olub. Flaqman bunadək keçirdiyi 19 görüşün altısında qələbə qazanıb, beşində heç-heçə edib. Səkkiz qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran “Neftçi” qapısında 33 top görüb.

22:29

“Neftçi” 68-ci dəqiqədə hesabı 2:1 edir. Namiq Ələsgərov fərqlənir.

22:16

“Neftçi” hesabı bərabərləşdirir. 58-ci dəqiqədə penaltidən Emin Mahmudov fərqlənir - 1:1

22:12

“Dinamo” hesabı açdı. 51-ci dəqiqədə Milan Radin Tbilisi təmsilçisini önə keçirib - 0:1.

22:04

İkinci hissə başlayıb.

21:49

İlk hissə başa çatıb.

Birinci yarıdan sonra hesab açılmayıb - 0:0.


UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Dinamo” (Tbilisi) oyunu başlayıb.

“Bakcell Arena”da keçirilən görüşdə "Neftçi"nin start heyətində Aqil Mammadov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov (k), Sezar Meza Kolli, Mert Çelik, Yusuf Laval, Ömər Buludov, Sabir Buqrin və Mamadu Kane yer alıblar.

Gürcüstan təmsilçisinin heyətində isə Roin Kvasxvadze, Bakar Kardava, Milan Radin, Giorgi Qabedava, Levan Xarabadze, Giorgi Papava (k), Simon Qbeqnon, Giorgi Kutsiya, Fabian Sporkslede, Zoran Maruşiç və Saba Xvadagiani meydana çıxıblar.

09:24

Bu gün Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq. 

realpress.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən ilk oyunda “Dinamo” klubu üzərində qələbə qazanan “ağ-qaralar” bu qarşılamada da üstünlük qazanmaq niyyətindədir. 

“Bakcell Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək.

Qeyd edək ki, ilk oyunda “Neftçi” 2:1 hesablı qələbəyə sevinmişdi. Azərbaycan təmsilçisinin qollarını Namiq Ələsgərov və Emin Mahmudov vurmuşdu. “Dinamo” klubunun yeganə qolunun müəllifi isə Zoran Marusiç olub.

19 Apr 2024
İdman

Azərbaycan həndbol çempionatı: həlledici mərhələdə ilk oyunların təqvimi müəyyənləşib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının həlledici mərhələsində ilk oyunların təqvimi müəyyənləşib.

19 Apr 2024
İdman

Azərbaycan gimnastı Dünya Kubokunun daha bir finalına yüksəlib - YENİLƏNİB + FOTO

Qadınlar arasında idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Dohada keçirilən Dünya Kubokunda tir üzərində hərəkətlər proqramında finala yüksəlib.

19 Apr 2024
İdman

Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

19 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.