Qazi müharibədən öncəki işinə geri götürülüb - FOTO/VİDEO

Qazi müharibədən öncəki işinə geri götürülüb - FOTO/VİDEO
15 İyul 2021 09:16


Vətən müharibəsi iştirakçısı olan qazi Elxan Kərimov daha öncədən qəbul olduğu iş yerinə geri qayıdıb.

“Azəriqaz” İstehsalat Birliyindən realpress.az-a verilən məlumatda bildirilir ki, o, 2019-2020-ci tədris ilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzindən “Qazla kəsən” peşəsi üzrə məzun olub.

Kursu bitirdikdən sonra o, işə qəbul olunmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin sərəncamına göndərilib. Lakin həmin dövrdə hərbi xidmətə çağırıldığından Vətən müharibəsində iştirak etdiyi dövrdə Birlik tərəfindən onun üçün ayrılmış yer saxlanılıb. Ordu sıralarından tərxis olduqdan sonra Birliyin Təmir-Tikinti İdarəsinin 1 saylı təmir-quraşdırma sahəsində 4-cü dərəcəli “Qazla kəsən” peşəsinə işə qəbul edilib.

Qeyd edilib ki, Elxan Kərimov 1998-ci ildə Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. Onun ən böyük arzusu vətəninin ərazi bütövlüyünə qovuşması və 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan dayısı İxtiyar Məmmədovun qisasını almaq olub. İllərdir gözlədiyi gün ötən ilin sentyabrın 27-də Vətən müharibəsinin başlamasına təsadüf edib. O, oktyabrın 9-u döyüşlərə yollanıb və ilk döyüş yolu Füzulidən başlayıb, daha sonra Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.



16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.