Azərbaycan komandası pley-offa vəsiqə qazandı

Azərbaycan komandası pley-offa vəsiqə qazandı
14 İyul 2021 17:00


Beynəlxalq “Pro Club”un təşkilatçılığıyla keçirilən kiberidman üzrə “Euro Cup 2021” (Avropa Kuboku 2021) turnirində qrup mərhələsinə yekun vurulub. Azərbaycan komandasının da iştirak etdiyi yarışda pley-offa vəsiqə qazanan ölkələrin adları məlumdur.

Ölkəmizi təmsil edən FİFA oyunçularımız son turlarda Gürcüstan komandasıyla keçirdiyi hər iki oyunu heç-heçə ilə başa çatdırıb. Yekun nəticədə aktivində 1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət olan təmsilçimiz 6 xalla adını ən yaxşı 16 komanda sırasına yazdırmağı bacarıb.

“Euro Cup 2021”də 18 final mərhələsinin püşkatma mərasimi iyulun 15-i baş tutacaq.  

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.