Rüstəm Orucov: “Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”

Rüstəm Orucov: “Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”
14 İyul 2021 11:51


“Bu, mənim üçün şərəfli missiyadır. Bayraqdar seçildiyimi eşidəndə çox sevindim, mənə xüsusi motivasiya gəldi. Tokioya təkcə bayrağı aparmağa yox, həm də qaldırmağa gedəcəyik”.

“Report”un məlumatına görə, bu fikirləri Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanacaq komandanın bayraqdarı seçilməsi barədə danışarkən deyib.

73 kq-da mübarizə aparan idmançı olimpiadadakı hədəfini açıqlayıb:

“2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında da bizə demişdilər ki, yaponiyalı idmançılar oradadırsa, şans yoxdur. Amma gördüyünüz kimi, həmin yarışda iki medal qazandıq. Mən finala çıxmışdım. Ən azı, həmin uğuru təkrarlamağa çalışacağam”.

2016-cı ilin Avropa çempionu bildirib ki, olimpiada sıradan turnir deyil:

“Orada zəif idmançı olmur. Mənim çəkimdə 36 cüdoçu mübarizə aparacaq. Hər birinə qarşı fərqli hazırlıqla çıxmaq lazımdır. Heç bir rəqibimi zəif hesab etmirəm”.

Koronavirusa yoluxduğu üçün altı ay güləşə bilmədiyini söyləyən Orucov hazırda yaxşı formada olduğunu vurğulayıb:

“Olimpiadaya görə son dünya çempionatını da buraxdım. Çünki Oyunlara bir ay qalmışdı, dedilər ki, zədə səbəbindən orada iştirak etməməlisən. Amma Xorvatiyadakı sonuncu təlim-məşq toplanışında idman formamın yaxşı olduğunu dedilər. Formamı qoruya bilsəm, nəticə müsbət olacaq”.

Qeyd edək ki, Rüstəm Orucov Tokio-2020-də tatamiyə iyulun 26-da çıxacaq.

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.